Serj Sarqsyanın yaxın adamı Nikol Paşinyana sui-qəsddə ittiham olundu

  • By admin
  • 15 Noyabr 2020 19:19

Ermənistanın Respublika Partiyasının deputatı, keçmiş prezident Serj Sarqsyanın ən yaxın adamlarından hesab olunan Baqram Baqdasaryan baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunur.

Gununsesi.info bildirir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

B.Baqdasaryanın vəkilinin sözlərinə görə, o, sadəcə müxalifətin mitinqlərində iştirak edib, indi onu baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham edirlər. Sübut kimi isə hansısa telefon danışıqlarından kəsilmiş fraqmentlər göstərilir.

Gununsesi.info