Şevçenko Ukrayna milli komandasının idarə edəcək

  • By admin
  • 15 İyul 2016 18:00

andrey

 

Bu gün Ukrayna Futbol Federasiyasının İcra Komitəsinin toplantısı keçirilib. Gununsesi.info-nun xəbərinə görə, iclasda milli komandanın baş məşqçisi vəzifəsinə Ukrayna futbolunun əfsanəsi, 2004-cü ildə “Qızıl top”un sahibi Andrey Şevçenkonun təyin olunması haqqında qərar qəbul edilib. Bu barədə federasiya İcra Komitəsinin üzvü Sergey Kunitsın özünün sosial şəbəkədəki səhifəsində yazıb. Belə ki, qərar yekdilliklə qəbul olunub. Müqavilə 2+2 illik imzalanıb. A. Şevçenkonun köməkçiləri Mauro Tassoti və Raul Rianço olacaq. Xatırladaq ki, A. Şevçenko son Avropa çempionatında baş məşqçi Mixail Fomenkonun köməkçisi idi. Ukrayna milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində Türkiyə, İslandiya, Xorvatiya, Finlandiya və Kosovo milli komandaları ilə eyni qrupdadır.

 

Xəyalə Xanəziz