Sevdiyi qıza görə damarlarını kəsdi

  • By admin
  • 22 Oktyabr 2016 10:10

damar 

Bakının Səbail rayonunda 20 yaşlı oğlan intihara cəhd edib.

Gununsesi.info-nun xəbərinə görə,  intihara cəhd edən şəxsin 1996-cı il doğumlu Vüsal Ramiz oğlu Abdullayev Ü. Hacıbəyli küçəsi 21, mənzil 17- hamam otağında iki qolunun damar nahiyəsini kəsib. Çoxlu qan itirən V.Abdullayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

V.Abdullayev ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində bildirib ki, o sevdiyi qız üçün intihara cəhd göstərib. 

Faktla bağlı araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info