Sevgilisindən Seda Sayana sərt sözlər - "NƏ MÜNASİBƏTİMİZ, NƏ DƏ DOSTLUĞUMUZ QALIB"

  • By admin
  • 13 Aprel 2017 21:47

seda-sayan-sevgilisi

Türkiyənin məşhur müğənnisi, 8 dəfə ərə gedən Seda Sayan 6 illik sevgilisi Erkan Çelikdən dostcasına ayrıldığını desə də, qarşı tərəf tamam fərqli məzmunlu açıqlama verib.

Gununsesi.info-nun hurriyet.com.tr-yə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl isə Seda Sayanın depressiyaya düşdüyü, bu səbəbdən də 12 kiloqram arıqladığı deyilib.

Müğənni bununla bağlı açıqlama verib: “Arıqladığım haqda yazılanlar yalandır. Mən bir münasibəti bitirsəm, geri dönüşü olmaz. Dostca ayrıldıq, amma iş münasibətimiz davam edir”.

Bu açıqlama Erkan Çeliki əsəbləşdirib. O, keçmiş sevgilisinə sərt cavab verib: “Bu günə qədər bu münasibət haqqında bir açıqlama verdim və ondan sonra danışmadım. Amma Seda Sayanın hər dəfə bir yerdən atmaca ataraq “Mən bu münasibəti bitirdim, iş münasibətimiz qalıb” falan deməsindən bezdim. Ona görə mən də buradan elan etmək istəyirəm ki, iş əlaqələrimiz də bitib və heç bir münasibətimiz qalmayıb. Mən bitən bir münasibətin davamından dost qalacaq biri deyiləm. Nə münasibətimiz, nə də dostluğumuz qalıb”.

Gununsesi.info