Sevgilisini itlərə yedirən futbolçu yenidən həbs olundu

  • By admin
  • 28 Aprel 2017 12:24

unnamed (8)

Braziliyanın “Flamenqo” futbol klubunun keçmiş qapıçısı 32 yaşlı Bruno Fernandes de Souza yenidən ölkə mediasının gündəmini zəbt edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Braziliya Federal Ali Məhkəməsinin qərarı ilə 22 il müddətində azadlıqdan məhrum edilən B. Souza 6,5 il həbs yatdıqdan sonra fevralın 24-də sərbəst buraxılıb.

Belə ki, sərbəst buraxılan B. Souza Apellyasiya Məhkəməsinin qərarı ilə təkrar həbs olunub.

Xatırladaq ki, qapıçı 2010-cu ildə Rio-de-Janeyroda keçirilən məclislərin birində Bruno Eliza Samudio adlı modellə tanış olub. Evli olmasına baxmayaraq, o Eliza ilə eşq macərası yaşamaqdan çəkinmir. Az sonra Elizanın hamilə qalması vəziyyəti gərginləşdirir. Bruno həyat yoldaşının bundan xəbər tutacağından qorxaraq, Elizanı öldürmək qərarına gəlir. Lakin planı bir qədər ertələnməli olur. Çünki Eliza Brunoya oğlan uşağı doğur. Eliza Brunodan aliment tələb edir. Üstəlik, futbolçunu aralarında olan eşq macərasını onun həyat yoldaşına bildirəcəyi ilə hədələyir.

Souza vəziyyətdən çıxış yolunu Elizanın qətlində görür. Bu işdə ona bir neçə dostu, o cümlədən keçmiş polis Markuş Aparesidu yardım göstərirlər.

Mehmanxanalardan birində otaq kirayələyən futbolçu Elizanı ora dəvət edir. Heç nədən şübhələnməyən qadın həmin otaqda dostlar tərəfindən qətlə yetirilir. Daha sonra onun cəsədi hissələrə bölünərək itlərə atılır. Qalan hissələr isə basdırılır.

Hadisənin üstü açılan kimi Bruno və dostları həbs olunurlar. Əvvəlcə insan oğurluğu və başqasına fiziki təzyiq göstərdiyi əsas gətirilərək, Brunoya 4,5 il həbs cəzası verilir. Lakin sonradan qətlin əsl təfərrüatları üzə çıxır və həbs müddəti 22 ilə qədər artırılır.

Anar
Gununsesi.info