“Sevilya”nın futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 05 Sentyabr 2020 22:41

İspaniya “Sevilya”sının futbolçusu Munir El-Haddadidə koronavirus aşkarlanıb.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan hücumçudan götürülən analizin nəticəsi müsbət çıxıb.

Karantinə alınan 25 yaşlı forvardın özünü yaxşı hiss etdiyi və xəstəliyi simptomsuz keçirdiyi bildirilib. Sabah oyunçular və məşqçilər yenidən testdən keçiriləcəklər.

Qeyd edək ki, Munir 2019/2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”la Bakıda keçirilən görüşdə (3:0) Ağdam klubunun qapısına qol vurub.

 

 

Gununsesi.info