Sevimli atını yedi - HEÇ KƏSƏ VERMƏMƏK ÜÇÜN

  • By admin
  • 12 İyul 2017 08:08

att

Novosibirskin Karasuks rayonunda yaşayan bir kişi Orlik ləqəbli atını yeyib.

Buna səbəb kişinin öz atını məhkəmə nəzarətçilərinə vermək istəməməsi olub. Daha öncə məhkəmə tərəfindən ata həbs qoyulubmuş. Novosibirsk sakini 18 min rubl məbləğində olan borcunu ödəyə bilmədiyi üçün bu aqibətlə üzləşib.

Atı borcunu ödəyənə qədər sahibinin yanında saxlamağa icazə veriblər. Amma sonuncu dəfə adı açıqlanmayan at sahibinin yanına gələn məhkəmə nəzarətçiləri sonuncunun “atı kəsib yemişəm” etirafı ilə qarşılaşıblar. Qanunlar heyvan sahibinə qarşı cinayət işi açılmasına və onun həbs olunmasına imkan verir. Son məlumatlara görə, sahibi son nəticədə borcunu ödəyib. Amma onun heyvanı kəsib yeməsi 2 ilə qədər azadlıqdan məhrum olunması ilə nəticələnə bilər. Sahibi isə etiraf edib ki, o, sevimli atını borc ucbatından məhkəmə nəzarətçilərinə vermək əvəzinə onu kəsib yeməyi tərcih edib.

Gununsesi.info