Seyidov AŞPA-nın həmməruzəçisi kimi Serbiyaya gedəcək

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 00:18

Samad Seyidov

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentinAŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov oktyabrın 25-dən 29-dək AŞPA-nın Monitorinq Komitəsinin Serbiya üzrə həmməruzəçisi qismində Serbiyaya səfər edəcək.

MM-dən Gununsesi.info-ya verilən məlumata görə, səfər müddətində Səməd Seyidovun Avropa Şurasının Serbiya ofisinin rəhbəri, ölkə rəhbərliyi, AŞ-yə üzv ölkələrin Serbiyadakı səfirləri, QHT-lərin təmsilçiləri, media nümayəndələri, Hakimlər və ictimai vəkillər Assosiasiyasının üzvləri, bu ölkənin AŞPA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan iqtidar və müxalifət partiyalarının başçıları ilə görüşləri nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə Serbiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl olunması barədə fikir mübadiləsi aparılacaq.

Gununsesi.info