Seymurla Nigarın evliliyi AXCP ilə Müsavatı barışdıra bilərmi? -FUNKSİONERLƏR DANIŞIR

  • By admin
  • 02 Avqust 2016 12:31

seymur-nigar

Bu gün Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu hazırda həbsdə olan AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin cəzasını çəkdiyi 17 saylı Cəzaçəkmə Müəssisəsində nikaha girəcək. Gənclərin bu qərarına hər iki partiyanın nümayəndələri müsbət yanaşsa da, partiyaların yaxınlaşması kimi dəyərləndirməyiblər. Lakin siyasi kluarlarda bu nikahın gündən-günə pisləşən AXCP-Musavat münasibəytlərinə sıcaq təsir göstərəciyi də danışılır. Gununsesi.info-nun məlumatına görə Nigar Yaqublu dunən nikah törəninə gedərkən yarıciddi-yarızarafat deyib ki, gordum bunlar barışa bilmirlər, Seymura dedim ki, gəl evlənək, bəlkə bizim sayəmizdə barışsınlar. Ancaq gənclərin bu xeyirxah təşəbbüsünə partiyalar da eyni təpkini verəcəkmi? Musavat Partiyasının başqanı Arif Hacılı gununsesi.info-ya açıqlamasında gənclərin izdivacını alqışlasa da, münasibəti birmənalı olmayıb: “Düşünürəm ki, Seymurla Nigarın evliliyi onların şəxsi işdir və müsbət haldır. Hər iki gənci belə xoş günlərində təbrik edirəm. Ancaq bu məsələləri siyasi məsələlərə qarışdırmaq lazım deyil. Bu izdivaca hədsiz sevinirəm inanıram ki, Nigarla Seymur çox xoşbəxt ailə olacaqlar”-, deyə o bildirib. AXCP sədrinin müavini Gözəl Bayramlı isə məsələyə daha pozitiv notlardan yanaşıb: “”Günü-gündən pisləşən AXCP-Müsavat münasibətləri” fikrini bölüşmürəm və bildirirəm ki, bizim Müsavat Partiyası ilə hər hansı bir problemimiz yoxdur, Bəzi məsələlərə münasibətdə fikir ayrılıqlarını isə normal qəbul etmək lazımdır və bunu 2 partiya arasında pis münasibət kimi dəyərləndirmək doğru deyil. Seymur bəy və Nigar xanımın evliliyinə gəlincə, Azərbaycan gəncliyinin ağır sınaqlardan şərəflə keçmiş, eyni dəyərləri paylaşan iki parlaq nümayəndəsinin sevgisinin nəticəsi kimi baxıram, onları təbrik edirəm, bağrıma basıram”-, deyə o, əlavə edib.. Qeyd edək ki, avqustun 1-i saat 12:30-da 17 saylı cəzaçəkmə müəssisəsində Seymur Həzi ilə Nigar Yaqublunun planşadırılan nikah mərasimi baş tutmayıb. Gənclər bu gün dünya evinə girəcəklər. Xatırladaq ki, , AXCP Rəsayet Heyətinin üzvü Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib.O, xuliqanlıqda ittiham olunur.

Gülnaz Qənbərli

Gununsesi.info