Si Cinpin yenidən Çin Kommunist Partiyasının baş katibi seçildi

  • By admin
  • 23 Oktyabr 2022 10:17

Çin Kommunist Partiyasının 20-ci Mərkəzi Komitəsi (ÇKP Mərkəzi Komitəsi) Si Cinpini üçüncü müddətə baş katib vəzifəsinə yenidən seçib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Bundan başqa, Si Cinpin yenidən Çin Kommunist Partiyasının Hərbi Şurasının rəhbəri vəzifəsinə seçilib.

Qərar Siyasi Büronun və Siyasi Büronun Daimi Komitəsinin yeni tərkibinin seçildiyi XX MK-nın birinci plenumundan sonra qəbul edilib. Buraya yaxın 5 il ərzində partiyanın və Çinin istiqaməti ilə bağlı mühüm qərarlar verəcək ən nüfuzlu siyasətçilər daxildir.

Gununsesi.info