Sığortalı əmanətlərin əhatə dairəsi genişləndirilir

  • By admin
  • 19 Mart 2017 12:23

sigorta

 

Azərbaycanda sığorta olunan əmanətlərin əhatə dairəsinin genişləndirməsi planlaşdırılır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

İcraçı direktorun sözlərinə görə, Fond özəl sahibkarların əmanətlərinin siğortalanmasına başlamağa təklif edir.

A.Cavadov deyib: “Hazırda ADIF yalnız fiziki şəxslərin əmanətlərinin sığortalanmasını həyata keçirir. Düşünürəm ki, biz tədricən hüquqi şəxslərin, eləcə də xırda və orta sahibkarlarının siğortalanmasına başlaya bilərik.”

Onun sözlərinə görə, özəl sahibkarların siğorta olunan əmanətinin məbləği fiziki şəxslərin siğorta olunan depozitləri məblığindən fərqlənəcək.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb.

 

Gununsesi.info