“Silahı yerə qoymayan məhv ediləcək!” - QAZAXISTAN DİN

  • By admin
  • 06 Yanvar 2022 21:53

Qazaxıstan Daxili İşlər Nazirliyi onların silahı yerə qoymaq tələblərinə müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan”a DİN-dəki mənbə bildirib.

“Silahların yerə qoyulması ilə bağlı qanuni tələblərə silahlı müqavimət göstərildiyi halda, onlar (iğtişaşların iştirakçıları – red.) məhv edilir”, – agentliyin məlumatında ​​deyilir.

Qeyd olunur ki, Qazaxıstanın vilayətlərində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, hüquq-mühafizə orqanlarını pozan şəxslər və cinayətkarlar müəyyən edilərək saxlanılır.

 

Gununsesi.info