Silahını çıxarıb pul istəyən qızı küçədə güllələdi – VİDEO

  • By admin
  • 21 Noyabr 2019 15:04

Braziliyada kişi ondan pul istəyən qıza atəş açıb, sonra isə sakit addımlarla yoluna davam edib. Hadisə yaxınlıqdakı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, faciə barədə “The Sun” məlumat yayıb.

Hadisə Rio-de-Janeyroda baş verib. Kadrlarda gənc bir adamın küçə ilə getdiyi görünür. Bu vaxt bir qız ona yaxınlaşaraq, 18 peso pul istəyir. Bunun müqabilində kişi tapançasını çıxararaq, ona atəş açıb, sonra isə yoluna davam edir.

Hadisənin şahidləri qızın yardımına gəlsələr də, onu xilas etmək mümkün olmayıb.

Polisin məlumatına görə, qurban 31 yaşlı Zilda Enrike duş-Santuş maddi problemlərlə əlaqədar küçədə yaşayırmış.

 

 

Gununsesi.org