
Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında baş vermiş silahlı atışmaya görə həbs olunan şəxslər – Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanov məhkəmə qarşısına çıxarılıb.
Gununsesi.info xəbər verir ki, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi 134 ünvanında yerləşən “Nənəmin Təndiri” restoranın qarşısında baş verib.
İnsidentin iki kriminal qruplaşmanın üzvləri arasındakı mübahisə nəticəsində yarandığı bildirilir. Hadisədən sonra o ərazidən güllə gilizləri götürülüb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 234-cü ( narkotik əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.
Gülər
Gununsesi.info










