Silahlıların hücumu nəticəsində 50 nəfər ölüb - ƏFQANISTANDA

  • By admin
  • 06 Avqust 2017 22:04

afqan-bank

Əfqanıstanın şimalında naməlum silahlılar Sarı-Pul kəndinə hücum ediblər.

Gununsesi.info-nun Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 50 nəfər ölüb.

Ölənlərin əksəriyyətinin dinc sakinlər olduğu bildirilir. İnsident zamanı Əfqanıstan ordusunun 7 hərbçisi həlak olub, bir neçə silahlı məhv edilib.

Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Gununsesi.info