Şimal bölgəsinə qar yağır

  • By admin
  • 18 Noyabr 2016 12:07

qarpsimal

Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən Gununsesi.info-ya bildiriblər ki, qarın yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 4 dərəcəyədək aşağı düşüb.

Qubanın Xınalıq kəndinə 6 santimetr, Qusarın Ləzə kəndində isə 5 santimetr qar yağıb. Ümumilikdə şimal bölgəsində dağlıq ərazilərə düşən qarın hündürlüyü 2-7 santimetr təşkil edir.

Gununsesi.info