Şimal bölgəsində qar yağdı – Temperatur mənfi 22 dərəcəyədək enib

  • By admin
  • 10 Fevral 2020 11:33

Ötən gün axşam saatlarında şimal bölgəsində qar yağmağa davam edib.

Gununsesi.org xəbər verir ki, APA-nın məlumata görə, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb.

Burada qarın hündürlüyü 50 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaldanda 20 sm, Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 22 dərəcəyədək, Xınalıqda isə mənfi 20 dərəcəyədək enib.

Gununsesi.org