Şimali İrlandiya millimizi darmadağın etdi

  • By admin
  • 12 Noyabr 2016 09:13

irlandiya

Azərbaycan millli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.
Gununsesi.info-nun məlumatına görə, yığmamız səfərdə Şimali İrlandiyanın qonağı olub.
İlk 3 turda məğlub olmayan, hətta qapısında qol görməyən Robert Prosineçkinin komandası uğurlu seriyasını çətin səfər oyununda davam etdirə bilməyib.
Hər hissədə qapısında iki qol görən yığmamız meydandan böyükhesablı məğlubiyyətlə ayrılıb.
DÇ-2018, seçmə mərhələ
C qrupu
IV tur
Şimali İrlandiya – Azərbaycan 4:0
Qollar:
Lafferti, 27 (1:0), MkAuley, 40 (2:0), MkLauhlin, 66 (3:0), Brunt, 83 (4:0)
Baş hakim: Klement Turpin
Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. “Vindzor Park” stadionu
Çexiya – Norveç 2:1
Qollar:
Krmençik, 11 (1:0), Zmrhal, 47 (2:0), Kinq, 87 (2:1)
San-Marino – Almaniya 0:8
Qollar: Xedira, 7 (0:1), Qnabri, 9 (0:2), Hektor, 32 (0:3), Qnabri, 58 (0:4), Hektor, 65 (0:5), Qnabri, 76 (0:6), Stefanelli 82-avtoqol, (0:7), Volland,  86 (0:8)

1. Almaniya 4 3 0 0 16-0 12
2. Şimali İrlandiya 4 2 1 1 8-2 7
3. Azərbaycan 4 2 1 1 2-4 7
5. Çexiya 4 1 2 1 2-4 5
4. Norveç 4 1 0 3 5-7 3
6. San-Marino 4 0 0 4 1-17 0

Gununsesi.info