Cənubi Koreyanın “Munhwa llbo” qəzeti Şimali Koreyada 3 mindən çox nüvə və raket mərkəzinin olduğunu bildirib.
 
Gununsesi.info xəbər verir ki, qəzetin məlumatına görə, bu barədə informasiya 1982-ci ildən bəri ABŞ kəşfiyyatı tərəfindən əldə edilib. 36 il müddətində Şimali Koreya nüvə mərkəzlərini daim inkişaf etdirib. Bu mərkəzlərin yoxlanılması və məhvi ciddi problem olacaq.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In aprel ayında Cənubi Koreya prezidenti Mun Çey İn və iyunda ABŞ prezidenti Donald Trampla görüş keçirərək ölkəsinin nüvə fəaliyyətini dayandırması barədə razılıq əldə edib.