Şimali Koreya ABŞ-ı yenə hədələdi

  • By admin
  • 01 Oktyabr 2017 10:05

8c5dd115c67710d5ce9e1d2c2cd095a3
Şimali Koreya ABŞ-ı yenə hədələyib.

APA-nın məlumatına görə, bu, Şimali Koreyanın Asiya-Sakit okean regionunda sülh üzrə komitəsinin yaydığı bəyanatda əksini tapıb.

Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı bəyanatda bildirilir ki, Şimali Koreya hərbi qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir, ABŞ-ın sanksiya siyasəti və strateji bombardmançı təyyarələrini Koreya yarımadasına göndərməsi nüvə faciəsinə yol aça bilər. Şimali Koreya bu siyasətini davam etdirəcəyi halda ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələyib. Rəsmi Pxenyan növbəti dəfə ABŞ prezidenti Donald Trampı tənqid edib və onu “dəli amerikalı qoca” adlandırıb.

Qeyd edək ki, Şimali Koreyanın raket-nüvə proqramını aktiv inkişaf etdirməsi ilə əlaqədar hazırda Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır.

Gununsesi.info