Şimali Koreya Amerikaya hədə gəldi: Vaşinqton “ağılsız addım” atarsa, Pxenyan ABŞ bazalarını məhv edəcək.

  • By admin
  • 18 Avqust 2016 13:52
koreya
Vaşinqton hər hansı “ağılsız addım” atarsa Pxenyan ABŞ bazalarını məhv edəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xairci İşlər Nazirliyinin yaydığı  bəyanatda qeyd olunub.
Nazirliyin yaydığı bəyantda bildirlir ki,  Koreya yarımadasında  vəziyyətə həddən artıq gərgin bir mərhələyə qədəm qoyur və əgər Vaşinqton hər hansı “ağılsız addım” atmağa cürət edərsə, Pxenyan həmən ABŞ-ın  Sakit okeandakı, o cümlədən,  Quam adasndakı   hərbi bazalarını məhv edəcək. Bəyanatda o da bildirilir ki,  ABŞ bu yaxınlarda   Ulji Freedom Guardian birgə hərbi manevrləri zamanı  Sakit okeandakı Quam adasında  üç növ strateji bimbardman təyyarəsi yerləşdirib  və bunu  ciddi həyəcan siqnalı kimi qəbul edirik. XİN-in sənədində o da bildirilir ki, ABŞ mütəmadi olaraq yarımadaya və onunla həmsərhəd adalara  atom aviadaşıyıcılar, nüvə silahı olan sualtı gəmilər yerləşdirir. Pxenyan  Quam adalarına bombardman təyyarələrini yerləşdirməsi, ABŞ-ın Şimali Koreyanın nüvə silahına qarşı yönəldiyini və bunun bölgədə vəziyyətin təhlükəli mərhələyə qədəm qoyması kimi dəyərləndirib.
Gununsesi.info