Şimali Koreya Rusiyaya məxsus qayığı ələ keçirdi

  • By admin
  • 16 İyun 2017 20:46

katalex

Şimali Koreya içərsində üç nəfərin olduğu Rusiyaya məxsus qayığı saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Vladivostok Dəniz xilasetmə Koordinasiya Mərkəzi yayıb.

Rusiyanın Pyonqyanqdakı səfirliyi də məlumatı təsdiqləyərək qayığın Rason şəhərinin limanında olduğunu bildirib.

Səfirlikdən bildiriblər ki, “Katalexa” adlı qayıq Rusiya və Çin sərhədindəki Rason şəhərinə gətirilib.

Qayığın hansı səbəbdən Rasona gətirildiyi barədə məlumat verilməyib.

Gununsesi.info