Şimali Koreya Yapon dənizinə raket atdı

  • By admin
  • 17 Noyabr 2022 09:00

Şimali Koreya Yapon dənizinə daha bir raket atıb.

Gununsesi.info xəbər verir ki, bu məlumatı Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadla yayıb.

Bildirilib ki, noyabrın 17-də səhər saatlarında KXDR dənizə doğru ballistik raket buraxıb.

Qeyd edilib ki, raket buraxılışı Şimali Koreyanın ABŞ-ın genişləndirilmiş mühafizəsinə və Vaşinqton və onun müttəfiqlərinin hərbi fəaliyyətinə sərt cavab verəcəyini vəd etməsindən sonra baş verib.

Xatırladaq ki, noyabrın 1-də KXDR hakimiyyəti ABŞ-ı nüvə müharibəsinə hazırlaşmaqda ittiham etmişdi.

Bundan əlavə, Vaşinqton və Seul birgə hərbi təlimlər keçirərək 240-a yaxın hərbi təyyarədən istifadə etmək qərarına gəliblər.

ABŞ və Cənubi Koreyaya görə, bu təlimlərin səbəbi Şimali Koreyadan gələn təhlükəsizlik təhdidinin artması idi.

Gununsesi.info