Şimali Koreya Yaponiyaya doğru ballistik raket buraxdı

  • By admin
  • 05 Aprel 2017 07:26

simali koreya yapon denizi raket

Şimali Koreya Yapon dənizi istiqamətində növbəti ballistik raketini buraxıb.

Gununsesi.info-nun BBC-nin Rusiya bürosuna istinadən verdiyi xəbərə görə, ABŞ-ın Sakit okean komandanlığının məlumatına əsasən, KXDR orta mənzilli ballistik raketi sınaqdan keçirib. Raketin 60 km məsafə qət etdiyi bildirilir.

Yaponiya hökuməti Şimali Koreyanın növbəti dəfə ballistik raketini sınaqdan keçirməsini pisləyib. Çünki sonuncu raket Koreya yarımadasının şərq sahilindəki poliqondan havalanıb və Yaponiyaya doğru istiqamət alıb.

ABŞ hərbçilərinin sözlərinə görə, raket Yapon dənizinin neytral sularında düşüb və beləliklə də Yaponiya sularına çata bilməyib.

Gununsesi.info