
ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe arasında telefon danışığı olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.
Belə ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
Məlumata görə, liderlər Şimali Koreya məsələsini müzakirə ediblər. Donald Tramp Şimali Koreyaya qarşı nüvə silahlarını istifadə etməyə hazır olduqlarını söyləyib.
Söhbət zamanı Tramp bir daha müttəfiqlərini və torpaqlarını həm diplomatik, həm də nüvə imkanlarından istifadə edərək qorumaq barədə öhdəliklərini təsdiqləyib.
Anar
Gununsesi.info











