
Israilin mərhum prezidenti Şimon Peresin adı ölkədəki nüvə stansiyalarından birinə verilib.
Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu açıqlamasında deyib.
Şimon Peres 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Fransanın dəstəyi ilə Dimona şəhərində nüvə stansiyasının tikilməsinə yardım etmişdi.











