Simsiz qulaqlıqlar öz sahibini izləyir

  • Müəllif: admin
  • 21 Aprel 2017 21:10

simsiz qulaqliq

“Bose” qulaqlıqlarının istehsalçısı istifadəçi məlumatlarını qanunsuz toplamaqda ittiham olunur. Belə ki, Kayl Zak “Bose” mobil proqramı vasitəsilə istifadəçilərin izlənməsi faktını aşkar edib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər veri ki, o, “QuietComfort” qulaqlığının sahibidir. “Reuters” nəşrinin məlumatına görə, Kayl Zak “Bose” mobil proqramından istifadə zamanı şəxsi məlumatların kənar serverə gizli ötürülməsini qeydə alıb.

Məlum olub ki, mobil tətbiq dinlənilmiş treklər haqda informasiyanı toplayaraq kommersiya məqsədilə üçüncü şəxsə ötürür. “Bose Connect” mobil proqramında hesab açmaq üçün şəxsiyyət vəsiqəsi məlumatlarının daxil edilməsini nəzərə aldıqda bu işin nə qədər təhlükəli olduğu aydın olur.

Gununsesi.info