Sinif otağının tavanı çökdü, şagirdlər ölümdən döndü - Goranboyda kənd məktəbində yaşananlar (FOTOLAR)

  • By admin
  • 16 Sentyabr 2019 15:35

Bu gün ilk dərs günü oldu, sevindik. Amna Boluslu kənd orta məktəbin qəzalı vəziyyətdə olması heç də ürəkaçan olmadı. Elə ilk dərs saatında 2-ci siniflərin dərs aldığı sinif otağının tavanı uçdu.

Gununsesi.org  xəbər verir ki, bunu “Facebook” statusunda Rahim İbrahimoğlu yazıb.

“Şükür xəsarət alan olmadı, amma toz-duman bürüdü hər yanı.

Bir valideyn kimi, media mənsubu kimi cənab Təhsil naziri Ceyhun Bayramovdan, digər aidiyyatı qurumlardan məktəbə baxış keçirib, tədbir görülməsini xahiş edirəm.

Qeyd edim ki, Boluslu kənd orta məktəbi 1967-ci ildə istifadəyə verilib”-deyə, o, sonra yazıb.

Qeyd edək ki, Boluslu kəndi Goranboy-Naftalan yolunun kənarında yerləşir.