
Sinoptiklər Moskva üçün son 108 ilin ən rekord anomal istilərini “babye let” vəd edirlər.
Gununsesi.info Rusiya mediasına istinadən bildirir ki, bu barədə “Fobos” hava məlumat mərkəzi xəbər yayıb.
“Fobos”un məlumatına görə, bu anomal istilər son 108 ildə ən rekord həddə çata bilər. “Gələn həftədən etibarən Moskvada güclü subtropik istilər başlayacaq. Sentyabrın 13-də isə havanın temperaturu 1909-cu ildəki rekordu təzələyə bilər. O zaman Moskvada 27,4 dərəcə isti olub.
Həftənin sonundan isə havaların istilənməsi başlayacaq və istilərin pik həddi növbəti həftənin ortalarına təsadüf edəcək, havanın temperaturu müsbət 28 dərəcə olacaq. Yağıntıların miqdarı isə minimuma enəcək.
Gununsesi.info












