
Şəhərdə həyata keçirilən tikinti işləri zamanı evi ziyan görən şəxsin gücü tikinti aparanlara çatmadığından acığını ekskavatordan çıxarıb. Belə ki, şəhər sakini ov gülləsi ilə ekskavatoru atəşə tutub.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, hadisə İrəvan şəhərində Komitasa prospektində baş verib.
Belə ki, polis bölməsinə zəng edən bir şəxs Komitsa prospekti 15-də tikinti işlərinin getdiyini və hansısa başqa bir şəxsin isə ekskavatora güllə atması barədə məlumat verib. Polisin araşdıması zamanı bəlli olub ki, tikinti işləri aparılarkən S.M adlı şəxsin evində çatlar əmələ gəlib. Ekskavatoru gülləyə tutan şəxs tikinti aparan şəxslərə iradını bildirsə də, nəticəsi olmayıb. S.M da ov silahını götürərək acığını ekskavatordan çıxıb. Haızrda polis araşdırma aparır və evə dəyən ziyanın miqdarı hesablanır.
Gununsesi.info












