
Şirvan milli parkının ərazisində fəaliyyət göstərən, neft hasilatçısı “Salyan Oil LTD” şirkəti turistlərin gəzdirilməsi üçün milli parka iki safari nəqliyyat vasitəsi təqdim edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, təqdimetmə tədbirində nazirliyin məsul şəxsləri və “Salyan Oil LTD”nin rəhbərliyi iştirak edib.
Bildirilib ki, safari tipli müasir nəqliyyat vasitələri parkda infrastrukturun yaxşılaşdırılmasına və ekoturizm fəaliyyətinin inkişafına töhfədir.
Gununsesi.org