Şirvan sakini adam öldürdü - POLİSƏ TƏSLİM OLDU

  • By admin
  • 18 Avqust 2017 12:40

bicaqladi

Şirvan şəhəri ərazisindəki parkda əvvəllər məhkum olunmuş Ə.Əliyevə bıçaqla xəsarət yetirən şəhər sakini Y.Məmmədov könüllü olaraq ŞPŞ-yə gələrək istintaqa təslim olub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 17-də Şirvan şəhəri ərazisindəki parkda şəhər sakini, əvvəllər məhkum olunmuş Əvəz Əliyev münaqişə zəminində həmyerlisi Anar Məmmədovun baş nahiyəsinə tapançanın dəstəyi ilə, hadisə yerində olan sonuncunun qardaşı Yaşar isə Ə.Əliyevə bıçaqla xəsarət yetirib. Ə.Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Y.Məmmədov könüllü olaraq ŞPŞ-yə gələrək istintaqa təslim olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Anar

Gununsesi.info