Şirvanda avtomobil 12 yaşlı uşağı vurub.
Gununsesi.info-nun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.
Şirvan sakini idarə etdiyi VAZ 2107 markalı avtomobillə yolu keçən 2005-ci il təvəllüdlü Səttarov Rəsul Elşad oğlunu vurub.
Ağır xəsarət alan azyaşlı kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Gununsesi.info