Şirvanda bankomat yarıldı

  • By admin
  • 31 Avqust 2016 15:22

shirvan bankomat oqurluqq.m2p_snapshot_00.10_[2016.08.31_15.10.59]

 

Şirvanda banklardan birinə məxsus içərisində 43 min manat olan bankomat oğurlanıb.

Gununsesi.info xəbər verir ki, oğurluq hadisəsi ötən gün gecə saatlarında Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbənin Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən bankomatın oğurlanması barədə Şirvan polisinə məlumat daxil olub. Dərhal hadisə yerinə polislər cəlb edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, banklardan birinə məxsus olan bankomatda 43 min manat pul olub. Naməlum oğru və ya oğrular bankomatın yerləşdiyi dəmir seyfin qapısını qıraraq qaynaq kəsici ilə pul kasetləini götürərək aradan çıxıblar.

Faktla bağlı Şirvan şəhər polis şöbəsi tərəfində oğruların tutulması üçün əməliyyat planı hazırlanıb. Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

shirvan bankomat oqurluqq.m2p_snapshot_00.32_[2016.08.31_15.11.11]

shirvan bankomat oqurluqq.m2p_snapshot_01.08_[2016.08.31_15.11.19]

Gununsesi.info