“Situasiya çox ağır və mürəkkəbdir” - Aleksandr Lukaşenko

  • By admin
  • 18 İyul 2016 15:48

 

lukasenko

 

 

 

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna, Türkiyə, Ermənistan, Qazaxstanda baş verən hadisələrdən ehtiyatlanaraq ölkədə təhlükəsizlik tədbirlkərini gücləndirmək barədə tapşırıq verib. Gununsesi.info “Belta”ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 18-də Dövlət təhlükəsizlik komitəsinin (DTK) sədri Valeriy Vakulçiklə qəbul edib və ölkədəki vəziyyəti müzakirə edib.

Dövlət başçısı DTK rəhbərinə tapşırıq verib ki, nəyin bahasna olur-olsun ölkədə sabitlik qorunmalıdır: “Məni Belarusiya ətrafında baş verən hadisələr narahat etməyə bilməz. Allaha şükür olsun ki, biz hələ də hər türlü neqativ hadisələrdən yan qaça bilirik…Biz bunu görürük, haradasa nə baş verirsə biz həmən o hadisələrə hazır oluruq. Ətrafımızda nə baş verir. Ukraynada, NATO-nun son qərarı… Və bunu Türkiyədə gördük. Ermənistanda problemlər. Qazaxstanda da həmçinin müəyyən problemlər var…. Situasiya çox ağır və mürəkkəbdir. Ona görə də biz nəyin bahasına olursa olsun ölkəmizdə sabitliyi və əmin-amanlığı qoruyub saxlamalıyıq”.

A.Lukaşenko deyib ki, hər hans xoşagəlməz hadisələr burada baş verməməlidir. Bu məqsədlə Lukaşenko ölkədə ağır cinayətkarlıqla bağlı istintaq araşdrmaları ilə maraqlanıb.

 

Gununsesi.info