Siyəzəndə cücə sexində yanğın olub

  • By admin
  • 11 Yanvar 2018 13:34

Bu gün Siyəzəndə cücə sexində yanğın olub. 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Beşdam kəndində qeydə alınıb.  Ümumi sahəsi 500 kvadratmetr olan sexdə baş verən yanğın zamanı 2000 cücə yanaraq tələf olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Siyəzən Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info