Siyəzəndə güllələnmə - Yaralılar var

  • By admin
  • 05 Noyabr 2016 13:48

tufeng_01111444

Siyəzən rayonunda güllələnmə hadisəsi baş verib.
Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 4-də Siyəzən rayonunun Dağ Quşçu kəndindən rayon sakini Mehman Rzayev döş qəfəsindən aldığı qırma yarası ilə xəstəxanaya gətirilib.
Araşdırmalar zamanı M.Rzayevin Sumqayıt şəhər sakini Elşad Quliyevin özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alması müəyyən edilib.
Siyəzən RPŞ əməkdaşları tərəfindən E.Quliyevdən müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Gununsesi.info