Siyasətçilərin və yüksək çinli məmurların ölkədən çıxışı qadağan olundu.
Gununsesi.info İraq mediasına istinadən xəbər verir ki, ölkənin baş naziri Haydar əl-Abadi korrupsiyada şübhəli bilinən siyasilərin ölkədən çıxışını qadağan edib. “Qadağa təhqiqatın daha etibarlı aparılması və cinayətin mümkün qədər ağırlığı ilə əlaqədardır”- deyə, baş nazir vurğulayıb. Bir sıra deputat və məmur parlamentdəki dinləmələrdən sonra korrupsiya faktında ittiham olunaraq, nəzarətə götürülüblər. Bir qrup deputat ölkənin müdafiə naziri Xalid əl-Ubeydini, parlamentin spikeri Səlim əl-Caburini və onun tərəfdarlarını ordudakı silah alveri ilə bağlı korrupsiyada ittiham ediblər. Bundan sonra ölkənin baş naziri korrupsiya faktı ilə bağlı araşdırmalara başlanmağa sərəncam verib.
Gununsesi.info