Siyavuş Novruzov: “Qarabağı tanımayan şəxs cibində veteran vəsiqəsi gəzdirir”

  • By admin
  • 14 Oktyabr 2016 13:28

Siyavush Novruzov

Bu gün Qarabağda olmayan şəxs cibində vəsiqə gəzdirir, ancaq orada canını qoyan şəxs bu gün də veteran statusunu ala bilmir.

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında səsləndirib. Onun sözlərinə görə, bir sıra İctimai birliklər tərəfindən bizə müraciətlər var: “Həmən müraciətlərdə Əfqanısatan, Qarabağ döyüşlərində iştirak etmiş şəxslərlə bağlıdır. Azərbaycanda hərc-mərclik dövründə Azərbaycanın bütövlüyü uğrunda döyüşən şəxs döyüşlərdə iştirakı ilə bağlı veteran vəsiqəsini ala bilməyib, ancaq döyüş bölgəsini tanımayan şəxsin cibində veteran vəsiqəsi gəzdirir. Bu şəxslər də hara da gəldi veteran vəsiqəsindən isitfadə edirlər. Odur ki, çalışmalıyıq ki, haqqı olanlar haqqını almalıdır”.

Millət vəkili əlavə edib ki, vetrenalara verilən 50 manatlıq müavinətin pensiyaya çıxan zaman kəsilməsi ciddi naratalıq doğurur. “Qanuna görə, veteranlar pensiyaya və ya təqaüdə çıxdıqda həmən 50 manat müavinət kəsilir. Təklif edirərm ki, bu 50 manat müavinət veteranlara təqaüdə çıxan zaman verilməlidir. Bu məsələlər Əmək və əhalinin sosila müdafiə naziri Səlim Müslümovla müzakirə etmişik. Müzakirə zamanı nazir veteran və pensiyaya çıxanlar haqqında elə bir rəqəm səsləndirdi ki, onu dilə gətirmək mümkün deyil. Odur ki, elə etməliyik ki, haqqı olan haqqını almalıdır. O baxımdan bu məsələnin həlli üçün ciddi ümzakirələrə ehtiyac var”.

Gununsesi.info