
Siyavuş Novruzov həmkarı Qüdrət Həsənquliyevin Cinayət Məcəlləsində ölüm hökmünün yenidən qüvvəyə minməsi ilə bağlı təklifinə kəskin etiraz etdi.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev ölüm hökmünün yenidən bərpa olunmasını təklif edib.
Q.Həsənquliyevin bu təklifi YAP-çı deputat Siyavuş Novruzov tərəfindən kəskin etirazla qarşılanıb.
S.Novruzov bildirib ki, ölüm hökmü hələ zamanında Heydər Əliyev tərəfindən ləğv edilib: “Odur ki, ölüm hökmünün yenidən gündəmə gətirilməsi və bərpa edilməsi düzgün addım deyil. Biz insanlara belə ağır cəza verə bilmərik. Çünki həyatı insana Allah verib və Allah da insana verdiyi canı ala bilər. Ancaq bununla belə onu deyə bilərəm ki, elə cəzalar var ki, ölümdən də betərdir”.
Mürtəza
Gununsesi.info












