Sloveniyanın yeni prezidentinin adı açıqlandı

  • By admin
  • 13 Noyabr 2017 09:05

Gununsesi.info xəbər verir ki, Sloveniyanın hazırki prezidenti Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib.

İlkin nəticələrə görə, 53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.

Qeyd edək ki, oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir. Sloveniyada prezident 5 il müddətinə seçilir.

Gununsesi.info