SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

  • By admin
  • 08 Oktyabr 2022 13:20

‌Növbəti həftə (10-11.10.2022 və 13-14.10.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü Lənkəran şəhərində (Lənkəran Regional Mədəniyyət İdarəsi), 2-ci günü Lerik şəhərində (Lerik Mədəniyyət Mərkəzi), 4-cü günü Astara şəhərində (Mədəniyyət Evi), 5-ci günü isə Yardımlı şəhərində (Mədəniyyət Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info