SOCAR “Azəriqaz” İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Kürdəmir rayonunda vətəndaş qəbulu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, 22 sentyabr saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 055-999-42-04; 020-255-00-16) müraciət edə bilərlər.

 

Gununsesi.info