SOCAR-dan işdən çıxarıldığı deyilən rəislə bağlı - Açıqlama

  • Müəllif: Firuzə
  • 01 Dekabr 2025 14:48

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bu haqda SOCAR prezidenti Rövşən Nəcəfin əmr imzaladığı bildirilib. 

SOCAR-ın Təhlükəsizlik İdarəsindən Gununsesi.infoya bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil.

“SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimov vəzifədən azad edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat həqiqəti əks etdirmir. İlkin Rəhimov hazırda SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi kimi vəzifəsinin icrasını davam etdirir”, – məlumatda qeyd olunub.(Qafqazinfo)

Gununsesi.info