SOCAR-ın büdcəyə ödənişləri 10% azalıb

  • By admin
  • 16 Noyabr 2016 16:49

socar

2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 1 mlrd. 150,172 mln. manat vergi ödəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR dövlət büdcəsinə 1 mlrd. 271 mln. 276 min manat vergi ödəyib. Beləliklə, 2016-cı ilin 10 ayı ərzində vergi ödənişlərinin həcmi 9,5% azalıb.

Cari ilin oktyabr ayında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 125,345 mln. manat təşkil edib.

Yanvar-oktyabr ayları ərzində SOCAR-ın icbari sosial sığorta üzrə ödənişləri 119,37 mln. manat (artım 3,4%), oktyabrda 12 mln. 207 min manat təşkil edib.

Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 480 mln. 195 min manat vergi ödəyib.

SOCAR-ın 2016-cı il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 240 mln. manat səviyyəsində müəyyən edilib.

Gununsesi.info