“SOCAR Azərbaycan və Gürcüstan dövlətləri və xalqlarımız arasındakı dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsində çox böyük işlər görüb. Biz bunu yüksək dəyərləndiririk”.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili söyləyib.
Baş nazir deyib: “SOCAR Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ən iri şirkətdir. Ölkə iqtisadiyyatının inkişafında, əhalinin təbii qazla təminatında mühüm işlər görüb. Bizim gələcək inkişafla bağlı çox böyük layihələrimiz var. SOCAR-ın da bu layihələrdə iştirakında maraqlıyıq”.
G.Kvirikaşvilinin sözlərinə görə, bu layihələr təkcə Gürcüstanın qazlaşdırılması ilə bağlı deyil. Nəzərdə tutulan layihələr Gürcüstanın müxtəlif sahələrini əhatə edir. Eyni zamanda, Azərbaycanın və Gürcüstanın maraqlarına xidmət edir.
Gununsesi.info