SOCAR tender elan edib – SİYAHI

  • By admin
  • 13 Mart 2020 15:44

SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir.

Gununsesi.org bildirir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyi boya və həllediciyə (LOT-1), həmçinin, fırçalara (LOT-2) olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi (29008-20) elan edir.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 07.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR “Neftqaztikinti” tresti PMM-60 tipli maqnezium əsaslı qalvanik anoda olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 25012-20) elan edir.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş)  və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 07.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Kəmərləri” İdarəsinin AİB Sumqayıt NTS-də iki ədəd RVS-5000 m3-luq neft çəninin tikintisi (sif.11677)”  işlərinin yerinə yetirilməsinə tələb olunan avadanlıq və mal materiallara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi (13004-20) elan edir.

Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.

Elanlar və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.

Gununsesi.org