SOCAR xaricdəki törəmə şirkətlərinin gəlirlərini açıqladı

  • By admin
  • 28 Sentyabr 2017 15:36

2016-02-12-20-27-00socar

SOCAR 2016-ci ildə büdcəyə 1.4 milyard manat həcmində ödəmələr edib.

Gununesi.info bunu Dövlət Neft Şirkətinin 2016-ci il üçün açıqladığı Davamlı İnkişaf Haqqında Hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, neftin qiymətinin kəskin aşağı düşməsi və tələbatın azalması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəmələri 90,4 milyon manat və ya 6.09 az olub.

SOCAR-in Türkiyədə olan törəmə şirkəti olan “SOCAR Energy Turkey”in gəlirləri 3 milyard manat manat olub. Onun  1.9 milyardı əməliyyat xərclərinə yönəldilib.

SOCAR-ın Beynəlxalq portfelində ən böyük yeri Türkiyədəki layihələr tutur. SOCAR-ın məqsədi regionun əsas tranzit qovşağı olan Türkiyədə tam inteqrasiya olunmuş neft və qaz şirkəti quraraq, ölkəmizin strateji mövqeyini və bazar potensialını ən yaxşı şəkildə dəyərləndirməkdir. Bu layihələri SOCAR-ın törəmə şirkəti olan “SOCAR Enerji Türkiyə” A.Ş. həyata keçirir.

Azərbaycan tərəfinin təşəbbüsü ilə Türkiyənin neft-qaz sektorunda həyata keçirilən layihələrə qoyulan

sərmayələrin həcmi 5 milyard ABŞ dolları səviyyəsini aşmışdır. Hazırda SOCAR-ın  Türkiyədəki biznesini maliyyə institutları tərəfindən 10 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. SOCAR-ın ən böyük xarici aktivi və Türkiyə neft-kimya sektorunun yeganə istehsalçısı, “Petkim Petrokimya Holding” A.Ş.-nin 51%-lik səhm paketi 2008-ci ildən “SOCAR Enerji Türkiyə” A.Ş.-yə məxsusdur.

Digər törəmə şirkəti “Georgia Energy”nin gəlirləri isə 858.5 milyon manat olub. Onun 719.9 milyonu əməliyyat xərclərinə yönəlib. SOCAR Gürcüstan (“Georgia Energy) iqtisadiyyatına sərmayə qoyan ən iri şirkətdir. Hər il Azərbaycan Gürcüstana qaz ixracını 5% artırmağa çalışır. Ölkə iqtisadiyyatının inkişafında, əhalinin təbii qazla təminatında mühüm işlər görərək yanvar-sentyabr aylarında Gürcüstana 715,9 mln. m3 qaz ixrac edib.

2009-2016-cı illər ərzində “SOCAR Enerji Gürcüstan” şirkəti Gürcüstanda 5 360 km-lik qazpaylayıcı şəbəkə tikib və 209 136 abunəçini qazla təmin edib.

“SOCAR Georgia GAS” MMC Gürcüstan hökuməti ilə imzalanmış saziş çərçivəsində növbəti illərdə də bütün ölkə ərazisində, o cümlədən İmereti rayonunda yaşayış məskənlərinin qazlaşdırılması ilə bağlı tikinti işləri davam edəcək.

SOCAR Enerji Ukraynanın isə gəlirləri 280.4 milyon manat təşkil edib. SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Enerji Ukrayna” neft məhsullarının pərakəndə və topdansatış seqmentlərində fəaliyyət göstərir. Hazırda Ukraynada SOCAR brendi altında 59 YDM fəaliyyət göstərir. SOCAR-ın 2010-2016-cı illər üzrə Ukrayna dövlət büdcəsinə vergi ödənişləri 2,5 milyard qrivendən çox olub. 2016-cı ildə “SOCAR Enerji Ukrayna” şirkəti Ukrayna Dəmir Yolu dövlət şirkəti tərəfi ndən keçirilənenderin qalibi olmuşdur. İlin sonunadək Dəmir yolu şirkəti “SOCAR Enerji Ukrayna” şirkəti tərəfi ndən ümumi dəyəri 10 milyon dollardan çox olan 14,08 min ton dizel yanacağı ilə təchiz edilib. 2016-cı ildə SOCAR-ın Ukraynadakı törəmə qurumu “SOCAR Enerji Ukrayna” mayeləşdirilmiş qazın topdan və pərakəndə satışını həyata keçirmək üçün “SOCAR LPG” adlı yeni şirkəti Çerkasıda qeydiyyatdan keçirib.

SOCAR Enerji İsveçrə şirkətinin gəlirləri isə 1.6 milyard manat olub. SOCAR İsveçrədəki fəaliyyəti nəticəsində bu ölkədə 160-dan çox yanacaqdoldurma məntəqəsindən ibarət topdansatış şəbəkəsi, Vanqen-Oltendə yerləşən qaz doldurma zavodu, Cenevrə və Surixin hava limanlarında yerləşən təyyarə yanacağı məntəqələri SOCAR brendi altında fəaliyyətlərini davam etdirməkdədir.

Vüsalə Rüstəmova

Gununsesi.info