Soçidə Qarabağ və Türkiyənin Avrasiya İttifaqına üzvlük məsələsi müzakirə olunub

  • By admin
  • 24 Avqust 2017 11:04

qarabag

Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında əsas müzakirələrdən biri Qarabağ və Türkiyənin Avrasiya İttifaqına qoşulması məsələsi olub.

Gununsesi.info xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə Qarabağ və Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələlərə toxunulacaq: ”Bu məsələlər ətrafında müzakirə zamanı Putin Türkiyənin Avrasiya İttifaqı ilə mümkün əməkdaşlıq məsələsi ilə bağlı Sarkisyanın mövqeyini öyrənəcək. İstisna etmirəm ki, bu məsələ Putinlə Ərdoğan arasında müzakirə olunub”.

Erməni politoloq onu da əlavə edib ki, Putin Ərdoğanla aktiv telefon əlaqəsində olan yeganə dövlət rəsmilərindəndir. “İstisna etmirəm ki, bu görüşün yekunu olaraq Moskva ilə Ankara arasında növbəti telefon danışığı olacaq”.

S.Sarkisyan onu da əlavə edib ki, görüşdə Qarabağ məsələsinə də toxunulub və münaqişənin həlli yolları müzakirə olunub.

Gununsesi.info