ŞOK: İnsan ovuna çıxan PUA yolda gedən 4 gənci bombaladı – VİDEO

  • By admin
  • 22 Mart 2024 11:16

İsrail 166 gündür Qəzzaya hücumlarını artırır.

Gununsesi.info xəbər verir ki, fevralın əvvəlində Xan Yunisin Sikke bölgəsində İsrail PUA-larından götürüldüyü bildirilən görüntülərdə 4 fələstinli mülki şəxsin gəzinti zamanı müşahidə edildiyi qısa müddətdən sonra bir neçə bomba ilə ayrı-ayrılıqda hədəf alındığı göstərilir.

Görüntülərdən aydın olur ki, 4 mülki şəxs silah daşımayıb və heç bir təhlükə yaratmayıb.

Qətərdə yerləşən “Əl-Cəzirə” kanalı İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində 4 fələstinli mülki şəxsi pilotsuz uçuş aparatları ilə bombaladığını əks etdirən görüntülər yayımlayıb. Kadrlarda İsrail tanklarının dağıtdığı ərazidə evlərini və ya onlardan geriyə qalanları axtarmaq üçün xarabalıqlar arasında gəzən gənclərin qətlə yetirildiyi görülüb.

Gununsesi.info